Maide.az

Samirrada 11 İŞİD üzvi məhv edildi

  Samirra şəhərinin qərbində Vadi Əl-Sərsar bölgəsində İraq ordusu və İraq xalqından olan könüllü dəstələrin (Həşdi Şabi)  qüvvələrinin birgə əməliyyatında İŞİD terror qruplaşmasının 11 üzvi  öldürülüb.    Maide.Az  İRNA-a istinadla xəbər verir ki, Səhaəddin Əməliyyat Qərrargahının komandiri Səfa Əs-Saidi  bildirb ki,  əməliyyat nəticəsində  İŞİD-ə məxsus bir neçə hərbi sursat anbarı məhv edilib.    Məlumata əsasən, terrorçular Samirrada bir neçə terror aktı həyata keçirməyi planlaşdırırmış.