Maide.az

Salyanda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.   Maide.Az “Report”a istinalda xəbər verir ki,  bunlar Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1971-ci il təvəllüdlü Cəbrayılov İsmayıl Ələsgər oğlu və 1970-ci il təvəllüdlü Cəbrayılova Cəmilə İsmayıl qızıdır.   Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.    Faktla bağlı araşdırma aparılır.