Maide.az

Salyanda yol qəzası olub, ölən və xəsarət alan var

Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var.   Maide.Az bildirir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.   Belə ki, Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub.   Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi   Xəstəxanasına çatdırılıb.    Faktla bağlı araşdırmalara başlanılıb.(report)