Maide.az

Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir

  “The Lancet” jurnalı dünya üzrə sağlamlıq reytinqini açıqlayıb. 33 tibbi göstərici əsasında tərtib olunan reytinqdə Azərbaycan 188 ölkə arasında 75-ci yeri tutur.   Verilən məlumata görə, qonşulardan Ermənistan 86-cı, Gürcüstan 106-cı, Rusiya 119-cü sırada qərarlaşır.   Reytinq cədvəlinə İslandiya başçılıq edir. İlk 5-likdə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya da yer alır.   Mərkəzi Afrika Respublikası sonuncu – 188-ci yerdədir.   Reytinq tərtib olunarkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqol və tütündən istifadə səviyyəsi, QİÇS-ə, vərəmə, Hepatit B-yə yoluxma, intihar göstəriciləri və s. nəzərə alınıb.   Ekspertlər müharibələrdə və zorakılıq hadisələrində ölüm göstəricilərini də meyarlar siyahısına daxil ediblər.   Hər 33 meyar üzrə 1990-2015-ci illər arasındakı durum araşdırılıb. (Novator.az) /