Maide.az

Sabitləşməyən maliyyə bazari

«Novoye Vremya» qəzetində «Maliyyə sektorunu necə sabitləşdirməli?» sualına cavab axtarılır.   Müəllif yazır ki, maliyyə və bank sektoru bir-birini tamamlayır. Onların birində problemlər, istər-istəməz, digərinə də sirayət edir.   Yazıda qeyd edilir ki, devalvasiyalar zamanı bu məsələ özünü kəskin şəkildə göstərib: «Təkcə maliyyə sabitliyi pozulmamışdı, bütün maliyyə sistemi dağılmaq həddində idi...».   Müəllifə görə, bəzi tədbirlərə baxmayaraq, maliyyə bazarının sabitləşdiyini söyləmək olmaz.   Yazıda vurğulanır ki, 2016-cı ildə Azərbaycanın maliyyə və sığorta sektoruna investisiya qoyuluşu azalıb: «Burada nə demək olar ki? Əgər əhalinin maliyyə sektoruna inamı itirsə, başqa nəticə gözləməyə dəyməz».   Yazıda Azərbaycanın maliyyə sektorunun acınacaqlı hala düşməsi bütünlükdə ölkədəki iqtisadi vəziyyətlə izah edilir: «Odur ki, nə yerli, nə də xarici investorlar maliyyə sahəsinə yatırım qoymaqla riskə getmək istəmirlər».   Azərbaycanın sığorta bazarına gəlincə, müəllif bu bazarın həmişə zəif olduğunu düşünür: «Maliyyə sektoruna investisiyanı bütün iqtisadiyyat sağlamlaşdırıldıqda cəlb etmək olar».