Maide.az

Sabirabadda yük maşını qatarla toqquşub, qatarların hərəkəti müvəqqəti dayandırılıb

Sabirabadda qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.   APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində mşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.   Qatarların hərəkəti müvəqqəti dayandırılıb.