Maide.az

Sabirabadda evdə qaz partladı

Sabirabad rayonunda evdə qaz partlayıb.   Maide.Az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.   Evə  qaz sızması nəticəsində baş verən partlayış zamanı 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.