Maide.az

Sabirabadda DOĞUŞ FACİƏSİ - 2 körpə öldü

Sabirabadda körpə ölümü qeydə alınıb.   Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.   Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.   Elə həmi saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.   Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb.   Hazırda faktla bağlı araşdırma aparılır. (apa)