Sabiq deputatın oğlu yol polisində komandir təyin olunub
Daxili işlər orqanlarında yeni təyinat olub. Suraxanı rayon Polis İdarəsinin növbətçi hissənin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Dövlət Yol Polisi İdarəsində 7-ci tağımın komandiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Z. Məmmədov Azərbaycan Milli Məclisinin keçmiş deputatı Oruc Məmmədovun oğludur.