Maide.az

Sabah zəvvarların ilk qrupu Bakıya geri dönəcək

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Bakıya dönəcək.    Maide.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.   Onun sözlərinə görə, zəvvarlar avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq.    Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.