Maide.az

Sabah UEFA kubokunun püşkü atılacaq

Sabah futzal üzrə UEFA kubokunun püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.   Azərbaycan çempionu “Araz”ın da rəqiblərinin müəyyənləşəcəyi püşkatma iki hissədən ibarət olacaq. Öncə təsnifat mərhələsində çıxış edəcək 32 komanda 8 qrupa bölünəcək. Düzdü, Şimali İrlandiyanın ən yaxşısı hələ müəyyənləşməyib.   Bu komandalar indidən 5 səbətə bölünüb Həmçinin, hər komanda əmsalına uyğun qrupdakı yerini bilib. İlk səbət meydan sahibləri, digərləri gücünə görə sıralanıb.   İlkin mərhələ 1-ci səbət/meydan sahibləri “Anortosis” (Kipr)/1 “Mostar” (Bosniya və Herseqovina)/2 “Uddevalla” (İsveç)/2 “Syamtrollan” (Norveç)/3 “Kopenhagen” (Danimarka)/3 “Diamant Lints” (Avstriya)/3 “Differdanj” (Lüksemburq)/4 “Minerva (İsveçrə)/4   2-ci səbət/3-cü yer “Makkabi” (Təl-Əviv, İsrail) “Tre Fiori” (San-Marino) “Narva Yunayted” (Estoniya) “Reksxem” (Uels) TMT (Şotlandiya) Şimali İrlandiya çempionu   3-cü səbət/2-ci yer “Leo” (Ermənistan) “Transilvaniya” (İrlandiya) “Enkamp” (Ermənistan) ”Vitis” (Litva) “Arnavutköy” (Türkiyə)   4-cü səbət/2-ci yer “Transilvaniya” (Monteneqro) “Knuppunt” (Hollandiya) “Doukas” (Yunanıstan) “Klassik” (Moldova) “Luksoil Sent-Endryu” (Malta) ”Links” (Cəbəllütariq)   5-ci səbət – 1-ci yer “Şkupi” (Makedoniya) “Levski” (Bolqarıstan) “Helveçia” (İngiltərə) “Rekord” (Polşa) “Reqensburq” (Almaniya) “Flyamurtari” (Albaniya) “Liburn” (Kosovo)   Bu mərhələnin oyunları avqustun 22-27-də keçiriləcək. Yalnız qrup qalibləri növbəti raunda yüksələcək.   Növbəti - əsas mərhələ iki yol üzrə keçiriləcək. A yolunda son qalib, həmçinin reytinq siyahısında 1-11 və 16-19-cu yerlərdə olanlar mübarizə aparacaq. Bu 16 komanda 4 qrup təşkil edəcək. Hər qrupun ilk üç yerin sahibi turu keçəcək.   B yolunda 12-15-ci, 20-23-cü yer sahibləri və təsnifat mərhələsinin 8 qalibi mübarizə aparacaq. Burada da 16 komanda 4 qrupa bölünəcək. Lakin yalnız qaliblər mərhələni keçəcək. Çempionumuz “Araz” da burada qüvvəsini sınayacaq. Azərbaycan və Ermənistan klubları bu raundda üz-üzə gələ bilməz.   Əsas mərhələ B yolu 6-cı səbət/meydan sahibləri “Slovan” (Slovakiya)/1 “Nasional” (Xorvatiya)/1 “Sievi” (Finlandiya)/2 “Deva” (Rumıniya)/2 7-ci səbət/3-4-cü yer Təsnifat mərhələsinin qalibləri 8-ci səbət/2-ci yer “Qarqes Jibson” (Fransa) “Georgians” (Gürcüstan) 9-cu səbət/1-ci yer “Araz Naxçivan (Azərbaycan) “Halle-Guik” (Belçika)   A yolu 10-cu səbət/meydan sahibləri “Ekonomaç” (Serbiya)/2 “Luparense” (Italiya)/4 “Brezye” (Sloveniya)/4 “Stalitsa” (Belarus)/4 11-ci səbət/4-cü yer “Xerson” (Ukrayna) 12-ci səbət/3-cü yer “Nikars” (Latviya) “Peskara” (İtaliya) “Braqa” (Portuqaliya) “Qyor” (Macarıstan) 13-cü səbət/2-ci yer “Dina” (Rusiya) “Dinamo” (Rusiya) “Xrudim” (Çexiya) 14-cü səbət/1-ci yer “İnter” (İspaniya) “Kayrat” (Qazaxıstan) “Sportinq” (Portuqaliya) “Barselona” (İspaniya)   Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 10-15-də keçiriləcək. Elit-raundun püşkatması isə oktyabrın 19-da baş tutacaq. /