Sabah Sumqayıtda su olmayacaq
Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, şəhəri içməli su ilə ilə təmin edən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 2 iyun 2021-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.