Maide.az

Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti - Nazirlikdən XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi arabir güclənəcək.   Havanın temperaturu gecə 3-5° isti, gündüz  12-17° isti, Bakıda  gecə  3-5° isti, gündüz  14-16° isti  təşkil edəcək.   Atmosfer  təzyiqi  761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək.   Nisbi rütubət gecə 70-80 %, gündüz  55-60 % olacaq.   Azərbaycanın rayonlarında hava əsasən,  yağmursuz olacaq. Lakin axşam bəzi  qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.   Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz  10-15° isti təşkil edəcək.   Nazirlikdən XƏBƏRDARLIQ   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bir xəbərdarlığı da nəzərə çatdırır.   Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.