Maide.az

Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.    Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.   Maide.Az bildirir ki, ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz  18-20° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq.    Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.     Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəxək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq.   Qərb küləyi əsəcək.   Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.