Maide.az

Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.   Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.   Havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.     Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq.    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.