Maide.az

Sabah ölkədə 29-30 dərəcə isti olacaq

  Oktyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.   Havanın temperaturunun gecə 16-18° isti, gündüz  24-29° isti, Bakıda gecə 16-18° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.   Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30°isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir. /