Maide.az

Sabah hava əsasən yağmursuz olacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.   Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.   Şimal-qərb küləyi gündüz arabir güclənəcək.   Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacağı gözlənilir.   Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.   Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.   Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.   Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.