Maide.az

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək

Sabahdan başlayaraq Azərbaycan ərazisində hava şəraiti dəyişəcək və qeyri-sabit keçəcək.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 4-ü və 5-də davam edəcək.   Bu gün ölkə ərazisində müşahidə olunan cənub-qərb küləyi sabahdan etibarən şimal küləyinə keçəcək. Fevralın 4-ü və 5-də gecə və səhər ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.