Maide.az

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Mir Cəlal küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.   Maide.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən küçənin yenidən qurulması işləri çərçivəsində sentyabrın 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq, lakin bəzi hissələrdə hərəkət davam edəcək.   Sürücülərə sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.