Maide.az

Sabah Bakıda marşrutlar işləməyəcək, bazar günü işləyəcək - BNA

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.   Bu barədə Trend-ə bakı Nəqliyyat Agentliyindən məlumat verilib.   Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.   Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.