Maide.az

Sabah Bakıda güclü külək olacaq

 Sabah Azərbaycanda havanın dəyişkən buludlu, Bakıda isə güclü küləkli olacağı gözlənilir. Maide.az-ın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, iyulun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında iyulun 22-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. h.r