Maide.az

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 29-da Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.   Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.   Azərbaycanın rayonlarında da oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu rayonlarda gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq. /