Maide.az

Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.   Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.   Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər  bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olma ehtimalı var. Mülayim-şərq küləyi əsəcək.   Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 18 dərəcəyədək, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.