Maide.az

Sabah Azərbaycan ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək

İyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.   Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.   Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.   Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 25-də Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.