Maide.az

Sabah şaxta olacaq, yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var.Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.   Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.   Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək.    Gecə və səhər yollar buz bağlayacaq.   Azərbaycanın rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.