Maide.az

Sabah Astanada İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı başlayacaq

Qazaxıstanın paytaxtı Astanada sentyabrın 9-11-də İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək.   “Report” “Kazinform”a istinadən xəbər verir ki, bununla əlaqədar Astana şəhərinin daxili küçələrinin bəziləri bağlanacaq.   Qeyd edək ki, təşkilatın ötən il aprelin 14-15-də İstanbul sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2017-ci ildə Astanada elm və texnologiya üzrə zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu toplantı “İslam dünyasında elm, texnologiya, innovasiya və modernizasiya” şüarı altında keçiriləcək.   Sentyabrın 9-da üzv ölkələrin elm və texnologiya sahəsi üzrə nazirlərinin müşavirəsi olacaq. Sammitin yekun siyasi sənədi - Astana qətnaməsi qəbul ediləcək.