Maide.az

Sabaha olan hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq. İyulun 2-də Azərbaycanın əksər bölgələrində yağmursuz hava şəraiti proqnozlaşdırılır, lakin əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 14-19, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq. Mülayim hava şəraiti yaxın 2-3 gün davam edəcək.