Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.    Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.   Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.   Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.   İyulun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.   Çimərliklərdə  əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.   İyulun 10-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə 22-26, gündüz 36-41,  dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.   İyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.