Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.   Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-23° isti təşkil edəcək.   Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.   Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti olacaq.   Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.   Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcək.   Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti təşkil edəcək.