Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində  bəzi  yerlərdə arabir yağış yağacağı gözlənilir.   Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi  ilə  əvəz  olacaq.   Maide.Az bildirir ki, ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  10-12° isti, gündüz  14-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  14-16° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi normadan yüksək 771  mm civə sütunundan 765 mm civə sütununa enəcək.   Nisbi rütubət   80-90 % olacaq.    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.   Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.