Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.   Cənub küləyi 4-8 m/s, arabir 11 m/s təşkil edəcək.   Maide.Az bildirir ki, ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  18-21° isti, Bakıda gecə  11-13°, gündüz  19-21° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.   Mülayim şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.