Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.   Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  18-20° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.     Nisbi rütubət  75-85 % olacaq.    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.