Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb   Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə,   Bakı və Abşeron yarımadasında Hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə 23-25°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757  mm civə sütunu təşkil edəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  45-55 % olacaq.    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.         Azərbaycanın rayonlarında Hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz  33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.