Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:   Bakıda və Abşeron yarımadasında                                     Aprelin 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin  aprelin 14-dən 15-nə keçən gecə  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək,  günün ikinci yarısında mülayim  şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.      Azərbaycanın rayonlarında Aprelin 15-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.     Tibbi- meteoroloji proqnoz Aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq  yarada bilər.  /