Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Aprelin 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi  gündüz arabir güclənəcək.   Maide.Az ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz  16-18° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi  768 mm civə sütunundan 760 mm civə sütununa enəcək.   Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 %  təşkil edəcək.   Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir. /