Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında yanvarın 20-də tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var.    Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.   Ekologiya və Təbii Sərvətlər nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz  4-6° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 %  təşkil edəcək.   Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.   Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. /