Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək. Üç gün ərzində qeyri-sabit hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı açıqlama verib.  Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.