Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb- XƏBƏRDARLIQ

İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.   Havanın temperaturu gecə  20-23° isti, gündüz  30-35° isti, Bakıda  gecə  21-23° isti, gündüz  32-34° isti olacaq.   Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 70-80 %, gündüz 35-45 % olacaq.   Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.   Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.   Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda  gecə  11-16° isti, gündüz  20-25° isti təşkil edəcək.   Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ   Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.   İyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.   Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.