Maide.az

Sabaha olan hava proqnozu açıqlanıb -XƏBƏRDARLIQ

Noyabrın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.   Maide.Az bildirir ki, ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 9-13° isti, gündüz  16-19° isti, Bakıda gecə  10-12° isti, gündüz  17-19° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 % olacaq.    Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.   Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.