Maide.az

Sabaha olan hava proqnozu: şimşək, yağış, dolu

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.    Havanın temperaturunun yarımadada gecə 18-21° isti, gündüz 24-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacağı gözlənilir.   Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.   Nisbi rütubət 80-90% təşkil edəcək.                  Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 15-20° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir.