Maide.az

Saat 12.00-ə olan məlumat: Seçicilərin 28,2 faizi səs verib

Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.   APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib, bu, 28,2 faiz seçici fəallığı deməkdir.   Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir. /