Maide.az

Saakaşviliyə 6 il həbs cəzası verildi

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində günahkar bilib.   Maide.Az "Axar.az"a istinadən xəbər verir ki,  Gürcüstanın “Birinci kanal”ı məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.   Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.