Maide.az

Saakaşvili etiraz aksiyasını dinc keçirəcəyini bildirir

Ukraynanın əsas təhlükəsizlik xidməti iddia edir ki, ölkə parlamenti qarşısında planlaşdırılan etiraz aksiyasında potensial zorakılığı önləyib.   Aksiyanı bu günə – oktyabrın 17-də Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili çağırıb. O, həm Gürcüstan, həm də Ukrayna vətəndaşlığından məhrumdur. Ötən ay vaxtilə qubernatoru olduğu Odessa vilayətində çıxışında oktyabrın 17-nə etiraz yürüşü təyin edib.   Ukrayna Təhlükəsizlik Xidməti (SBU) oktyabrın 16-da bildirib ki, etiraz aksiyasında planlaşdırılan «silahlı provokasiya»nı önləyiblər, «İnqilabi Sağ Qüvvələr»in keçmiş iki fəalı yürüşdə istifadə etməyə avtomat silahlar və raket qurğuları əldə etməyə çalışırlarmış.   Saakashvili AzadlıqRadiosuna müsahibəsində SBU-nun məlumatını şərh etməyib, ancaq nümayişin dinc keçəcəyini deyib.   «Sabah Ali Radaya gələcək adamlar dinc, sakit, qətiyyətli olacaqlar… biz sadəcə sakit qüvvə olduğumuzu göstərməliyik», – Saakashvili deyib.   Saakashvili vaxtilə Ukrayna prezidenti Petro Poroshenko-nun tərəfdaşıydı, 2015-ci ildə Odessanın qubernatoru təyin olundu. Bir il sonra korrupsiyaya qarşı çıxaraq istefa verdi və Poroshenko-nun tənqidçisinə çevrildi.