Maide.az

Saakaşvili: Bu il seçkilərində qələbə qazanmalıyıq

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Amsterdamdan öz tərəfdarlarına müraciət edib.   FaktXəbər-in verdiyi məlumata görə, o, "Vahid Milli Hərəkat" partiyasına müraciətində bildirib ki, oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətdən vahid namizəd irəli sürülsün.   "Biz artıq 2018-ci ildə hakimiyyətə qayıtmalıyıq. Bunu necə edəcəyik? Biz gərək prezident seçkilərində qalib gələk. İvanaşvilinin hökumətini, onun feodal həyətini yıxmalıyıq",-deyə Saakaşvili vurğulayıb.