Səudiyyə Ərəbistanı Çin vaksini vurulanları Ümrə ziyarətinə buraxmayacaq
Səudiyyə Ərəbistanı hökuməti Çin vaksini vurulanları Ümrə ziyarətinə buraxmayacağını açıqlayıb. Maide.Az xəbər verir ki, “Daily Star”-ın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti qərara gəlib ki, Çin istehsalı olan “Sinopharm” peyvəndini qəbul etmiş zəvvarlrın Ümrə ziyarətinə qatılmasına icazə verməsin. Məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri yalnız Pfizer, Moderna, Astraznka və Johnson Johnson vaksinlərindən biri ilə peyvənd olunan zəvvarların Ümrə ziyarətində iştirak etməsinə icazə verəcəyini açıqlayıb.