Maide.az

Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir.   Maide.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.   Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.     Mövsümi xarakterli dəyişikliyə əsasən, aşağıdakı marşurut xətlərinin hərəkət istiqaməti sabahdan dəyişdiriləcək:   101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;   107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;   146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;   179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;   180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;   182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;   189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.