Səudiyyə rejiminin cinayətləri nəticəsində Yəməndə xərçəng xəstələrinin sayı artıb
Yəmənin Milli Qurtuluş Hökumətinin səhiyyə naziri Taha Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyası tərəfindən qadağan edilmiş silahların istifadəsi nəticəsində ölkədə xərçəngli şişlərlə müraciət edən halların artdığını açıqlayıb. Taha Əl-Mütəvəkkil BMT-nin ən sadə tibb müəssisələrini Yəmənə gətirə bilmədiyini və Yəməndəki xərçəng müalicəsi mərkəzlərinin Səudiyyə rejiminin koalisiyasının ölkəni işğal etməsindən sonra baş çəkənlərin artdığını söyləyib. Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyasını ölkəsinə qarşı qadağan olunmuş beynəlxalq silahların istifadəsində günahlandırıb. Sənadakı Əl-Küveyt Xəstəxanasında Xərçəng Mərkəzinin açılışında danışan nazir, belə deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki fəaliyyəti zəifdir və yenidən nəzərdən keçirilməlidir. Yəmən istilasının əvvəlindən beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla bombalanan bölgələrdə xəstələrin sayı 100% artıb”. O, leykoz müalicə mərkəzlərinin Yəmənin müxtəlif əyalətlərindən ildə 7000 xəstə qəbul etdiyini və yarısının dərman və xüsusi avadanlıq çatışmazlığına görə öldüyünü bildirib. Əl-Mütəvəkkil, həmçinin hava hücumlarından təsirlənən ərazilərin əksəriyyətində insanların təhlükəli xəstəliklərə yoluxduğunu vurğulayıb./deyerler.org /