Maide.az

Səid Həriri Fransanın planını icra edəcək

Livanda yeni hökuməti qurmaq vəzifəsi daşıyan Səid Həriri jurnalistlərə açıqlama verib.    Səid Həriri jurnalistlərə açıqlamasında bildirib ki, Fransanın təklif etdiyi siyasi həll yolu 6 ay ərzində tətbiq olunacaq. "Hökumətdə Livandakı bütün siyasi qruplar təmsil olunacaq. Artıq bu istiqamətdə işlərə başlamışıq", - deyə Səid Həriri diqqətə çatdırıb.   O, qeyd edib ki, yeni hökuməti qurmaq üçün bütün ixtilaflar aradan qaldırılmalıdır.  /eastnews.org/