Maide.az

Səudiyyə rejim qüvvələri 3 şiə qadını həbs edib

Səudiyyə hərbiçiləri Əhli-beyt (ə) ardıcılları yaşayan Qətif bölgəsində əməliyyat keçirib.    Maide.Az xəbər verir ki,  Səudiyyə rejimi  hərbiçiləri Rəbiyə və Ümmülcəzm şəhərciyində  keçirdiyi əməliyyatda 3 qadın həbs olunub.    Həbs olunan qadınlar müxtəlif siyasi ittihamlarla saxlanılıb, mühakimə olunub və onların barəsində həbs qərarı çıxarılıb.   Əhli-beyt (ə) ardıcılları Ərəbistan cəmiyyətinin 20%-ni təşkil edirlər və onlar Ərəbistanın şərq məntəqəsində yaşayırlar. Əhli-beyt (ə) ardıcılları əsasən, iki əyalətdə: Əl-Əhsa və Qətif əyalətlərində məskunlaşıblar.