Maide.az

Səudiyyə Ərəbistanın Tarut adasında İmam Hüseynin (ə) Ərbəini anıldı - FOTO

Koronavirus pandemiyası səbəbiylə İraq bu il xarici qonaqlara sərhədlərini bağladığı üçün dünyanın bir çox ölkəsində İmam Hüseynin (ə) 40 mərasimi münasibətiylə məclislər və yürüşlər keçirilir.    İmam Hüseynin (ə) şəhadərinin 40-cı günü (Ərbəin) münasibətiylə Səudiyyə Ərəbistanın Qətif şəhərində matəm məclisləri təşkil olunur. Belə mərasimlərdən biri Tarut adasındakı Zeynəbiyə məscidində keçirilib.    Səudiyyə rejiminin ölkədə Məhərrəmliklə bağlı əza məclislərinin keçirilməsinə mane olmasına baxmayaraq, Əhli-Beyt (ə) sevdalıları İmam Hüseyn (ə) və Kərbəla məktəbini var gücləri ilə yaşadırlar.    Tarut Qətif bölgəsindəki Əhli-Beyt (ə) sevdalılarının sıx yaşadığı adadır. /Deyerler.org /